“TACLI ŞAİR” – ZAUR USTAC

TACLI ŞAİR – ZAUR USTAC

“TACLI ŞAİR”

“TACLI ŞAİR” – bu ifadəni ilk dəfə şair-publisiist Qələndər Xaçınçaylı Zaur Ustac haqqında işlədib. Qələndər Xaçınçaylı Zaur Ustacın həyat və yaradıcılığından bəhs edən kitabını da məhz belə adlandırıb, “Taclı Şair”.

QƏLƏNDƏR XAÇINÇAYLI

Zaur Ustac özü bu barədə belə deyir: – “…Qələndər müəllim (Allah rəhmət eləsin…) demək olar ki, bütün adi söhbətlərimizdə və məndən götürdüyü müsahibələrdə “Ustac” təxəllüsü barədə mütləq sual verirdi. Mən də mümkün qədər hər dəfə daha zəngin məlumat verməyə çalışırdım. Bu ifadə ona nəsə ləzət eləmişdi. Hərə dəfə də dinləyib, qeydlərini götürdükdən sonra özünəməxsus məzəli ifadələrlə reaksiya verərdi… Bu ifadələr onu yaxından tanıyanlara yaxşı məlumdur. 2019-2020 – ci ildə haqqımda olan kitabı hazırlayanda da ilk dəfədən elə bu adı seçmişdi. Hətta mən deyərdim ki, onda ilk olaraq bu “Taclı Şair” ifadəsi ideya kimi yaranmış sonra bunu kitaba çevirmək qərarına gəlmişdi. Allah rəhmət eləsin. Ruhu şad olsun.”

Müəllif: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI


ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ – ZAUR USTAC

DODAQDƏYMƏZ – Zaur USTAC

ŞAHİ-CAHAN
Çiçək açsa, haçan həyat ağacın,
Yaz çağındır, o çağını yaza yaz!
Qan qaynasa, qışın oğlan çağında,
Qışa deyil, o çağını yaza yaz…
* * *
Araz dağdır, haldan hala hal eylər,
Sakit axar, eldən elə yol eylər,
Dost-aşina, taydan taya əl eylər,
Ayaq açsa, o çağını yaza yaz!
* * *
Taclı şair* şeir yazdı dodaqsız,
Canın xanı yaranışdan qonaqsız,
Şahi-cahan, yaşar səssiz, soraqsız,
Hərgah coşsa, o çağını yaza yaz!

21.10.2021. – Bakı ş.

Taclı şair – Göygöz, Sevdalı kimi Zaur Ustacın müəyyən konkret məhdudlaşdırıcı ədəbi tələblər olduğu zaman (adətən dodaqdəyməzlərdə) istifadə etdiyi təxəllüsüdür.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

DODAQDƏYMƏZ QOŞMALAR

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – UŞAQ BOĞÇASI – YENİ KİTAB

ZAUR USTACIN KİTABLARI

UŞAQLAR ÜÇÜN ŞEİRLƏR KİTABI:

Müəllif: Zaur Ustac


Zaur Ustac
ın  Mucrunesriyyati.az saytında satışda olan kitabları haqqında məlumat:

  1. Mucrunesriyyati.az , 1. Arxiv: Archive.vn

ZAUR USTACIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QƏLƏMƏ SARILI 52 İL – ZAUR USTAC

 Ayətxan Ziyad – yubiliyar

QƏLƏMƏ SARILI 52 İL

(Ayətxan Ziyadın (İsgəndərovun) 70 yaşı)

Salam olsun, dəyərli oxucum! Şükürlər olsun uca Yaradana! Sizlərlə hər yeni görüş mənim üçün həyatın davam etməsi deməkdir. Bu dəfə söhbətimizi çox hörmətli bir qələm adamına – ömrünün tam 52 ilini qələmdarlığa adamış Ayətxan Ziyada həsr edirik.

Qələmə sarılı ­52 il

Bu göstərici Ayətxan Ziyadın peşəkar jurnalistikada ilk qələm nümunəsinin mətbuat səhifələrində göründüyü 1969-cu ilin avqust ayı deməkdir. Hansı ki, həmin il orta məktəbi bitirən 18 yaşlı Ayətxan Əlibayramlı (indi Şirvan) şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc etdirdiyi iki məqalə ilə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika fakültəsinə sənəd vermək hüququ əldə etmiş və həmin fakültənin tələbəsi olmuşdur.

Əslində isə Ayətxan Ziyadı jurnalistikaya istiqamətləndirən yolun yaşı daha əvvəlki illərdən – orta məktəbdən bünövrə götürüb. Əvvəlcə oxuduğu sinfin, sonra isə şagirdi olduğu Hacıqabul 9 saylı dəmir yol orta məktəbin “Ədəbiyyat” divar qəzetinin redaktoru olub.

Ayətxan Ziyadın peşəkar yazıçı-jurnalist, tədqiqatçı ömrünü üç mərhələdə təsnifatlandırmaq olar:

– 1969-2001-ci illər. Bu illərin əhatəsində öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində (indi QSC), sonra müxtəlif respublika qəzet və jurnallarda çalışmış, yaxud çap olunmuşdur;

– 2001-ci ildən yaradıcılığına kitab nəşri də daxil olub. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür” kitabı ilə açılan bu səhifə bu gün 16 kitabla uğurla davam etdirilməkdədir. Daha 9 kitabı nəşr üçün hazırdır;

– 2015-ci ildən bu ömürə elmi tədqiqatla məşğul olmaq kimi bir missiya da əlavə olunub.

Bu da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ədəbiyyatında və jurnalistikasında “dissident ədəbiyyatı” və “Azərbaycan səlcuqları” mövzuları ilk dəfə A.Ziyad tərəfindən tədqiqata cəlb edilmişdir. “Heydər Əliyev – azad düşüncənin və milli təfəkkürün təəssübkeşi” məqaləsində ümummilli liderin dissident ədəbiyyatı ilə bağlı düşüncələri və mövqeyi önə çıxarılmışdır. Məqalə “Paritet” qəzetinin, “İpək yolu” elmi jurnalının və “Azərbaycan” jurnalının 2008-ci il saylarında dərc olunandan sonra ilk dəfə “Space” TV (daha sonra digər TV-lər də) bu mövzuda verilişlər səsləndirməyə başlamışlar.

Bu məqam üçün görək kimdir Ayətxan Ziyad İsgəndərov?

Bu sualı daha təfərrüatı ilə “Bu mənəm – Ayətxan Ziyad” kitabında yazıçı-jurnalist, tədqiqatçının özü cavablandır­ıb.

İsgəndərov Ayətxan Ziyatxan oğlu 1951-ci il oktyabrın 15-də Hacıqabul şəhərində anadan olmuş, orta təhsilini 1969-cu ildə başa çatdırmışdır. ADU-nun (indiki BDU-nun) jurnalistika fakültəsinin 1975-ci il məzunlarındandır. Tələbəlik illərində Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (indi QSC) fəal ştatdankənar müxbiri (1970-1976), təhsilini başa çatdırandan sonra isə ona doğmalaşan həmin ocaqda kiçik redaktor, redaktor, böyük redaktor-şöbə müdiri vəzifələrində (1976-1994-cü illərdə) çalışmışdır. 1994-cü ilin yayından sonrakı zaman kəsiyində “Ədalət” qəzetində, “Azər­bay­can məktəbi” jurnalında, “Respub­li­ka”, “Naxçıvan” və “Yeni Naxçıvan”, “Həftə içi”, “Hakimiyyət və Xalq” qəze­tlərində, 15.09.2004 – 03.04.2006-cı illərdə AMEA-nın İnsan Hüquqları İnstitutunda elmi işçi və paralel olaraq institutun nəşri olan “Dir­çəliş-XXI əsr” elmi jurnalında (analitik-İnformasiya Mərkə­zi­­nin rəhbəri) çalışmışdır.

A.Ziyad İsgəndərovun 2007-ci ildən sonrakı fəaliyyəti ADPU ilə bağlıdır. Yanvar 2007 – fevral 2015-ci illərdə universitetin “Gənc müəllim” qəzetinin redaktoru, 2015-ci ilin martından isə ADPU Elmi-Tədqiqat Mərkəzinin elmi işçisidir.

AzTV-də işlədiyi 25 il müddətində Azərbaycan LKGİ MK (VLKSM MK) Komsomol Projek­toru Qərargahının üzvü, AzTV Azad Həmkarlar Komitəsinin üzvü, AzTV Bağçılıq-bostançılıq təsərrüfatının sədri, AzTV DOSAAF-n sədri, AzTV Xalq Drujinası Qərargahının sədri (və s.) kimi ictimai işlərdə çalışmışdır;

– 1979-cu ildə Gənc Jurna­list­lə­rin II Ümumit­ti­faq Qurul­tayının nü­ma­yəndəsi olmuşdur (Moskva şə­hə­rində keçirilmişdir), Ümumittifaq Teleradio Veriliş­ləri Komitəsində (Moskva)yaradıcılıq təcrübəsi keç­mış, kosmonavtların Bayka­nur Kosmodromunda (Moskva) olmuşdur;

– I Qarabağ Müharibəsinin ilk günlərindən ATƏŞKƏSƏ qədər – 6 il sərasər hər ay 7-10 gün cəbhə bölgələrində olmuş, Azərbaycan ordusunun döyüş yolunu tarixiləşdirən efir materialları ilə çıxış etmişdir.

– AzTV-də Hərbi Proqramlar və Salnamə baş redaksiyası yaradılmasının təşəbbüskarı olmuşdur.

– 2000-ci il parlament seçkilərində deputat­lı­ğa namizəd olmuşdur.

– “XX əsr Azərbaycan yazıçıları” ensiklopediyasında barəsində yazılmışdır. 

– Haqqında vikipediya yaradılmışdır.

1980-ci ildən SSRİ Jurnalistlər İtti­faqının, 2010-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2015-ci ildən Azərbay­can Yazıçılar Birliyinin üzvüdür.

MÜKAFATLARI

– 1980-ci ildə Azərbaycan LKGİ MK-nın Fəxri Fər­manını almışdır;

– Azərbaycanlı əsgər Rahib Məmmədova həsr etdiyi “Əfsa­nə­yə dönən ömür” adlı radio verilişi pul mükafatı və əmək kitab­çasına yazılmaqla dəyərləndirilmiş, radio verilişinin məqalə variantı “Ölməzlik” toplusunda nəşr edilmişdir (Bakı-Azərnəşr-1989. Səh: 60-67).

– Hərbi-vətənpərvərlik mövzusun­da yazan jur­nalistlərin yaradıcılıq müsabi­qəsində “Ədalət” qəze­tinin xüsusi mükafatını almışdır;

– 2012-ci ildə «Əsrin ziyalı­ları» Xey­riyyə İcti­mai Birliyinin «İlin alimi – İlin ziyalı­sı» diplomuna,

– 2019-cu ildə “Qafqaz-Media” İB-nın təsis etdiyi “İlhamlı Azərbaycan” diplomuna,

– 2021-ci ildə WWW/YAZARLAR/AZ-ın fəxri üzvü seçilmiş, “Ziyadar” diplomuna la­yiq görülmüşdür.

Nəşr olunmuş 16 kitabdan 6-sı monoqrafiya, 1-i dərs vəsaitidir. Daha 2 monoqrafiya nəşr üçün hazırdır.

ETM-də uşlədiyi 6 il ərzində 60-dan artıq bey­nə­lxalq və respublika elmi konfransında, həmçinin 4 seminarda məruzə ilə çıxış etmiş, müvafiq sertifikatlara layiq görülmüşdür, elmi məqalələri konfrans materiallarında dərc edilmişdir. Seminarlardan biri AMEA-nın Dilşilik İnstitutunda olmuşdur.

Peşəkar jurnalist olduğu kimi, həm də peşəkar redaktordur

Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Jurnalistika fakültəsini bitirəndən (1975-ci ildən bugünə qədər) redaktor işi əmək fəaliyyətinin tərkib hissəsi olub. Deyir, yazdığını əgər pozmağa “gücün” çatmırsa, səndən qələm sahibi çıxmaz. Öz yazılarına isə ən azı üç dəfə “qənim” kəsilir. Həm də yazdıqlarının üzərində o qədərdə “şəkil çəkir” ki, redəktəsini özündən savayı kim isə çətinliklə baş açıb islah edə (nizama sala) bilir. Redəktə işi üçün həmişə də 70 il dünyaya meydan oxumuş SSRİ-nin yaradıcısı Vladimir İliç Ulyanovun (Leninin) təqribən bu məzmundakı kəlmələrini nümunə çəkir: “Vaxtım olmadığı üçün uzun alındı”.

2013-cü ildə redaktoru olduğu və “Ön söz” yazdığı Reyhan Miqdadqızının kitabına xoş ovqatlı bir ad “bağışlayıb”: “Sevgim bir yaşıl yarpaq, ətri məndən”. Deyir, “İstədim oxucu bilsin ilk kitab müəllifi olan R.Miqdadqızının sevgisinə həyatın hansı rəngləri qatılıb”.

Bəs yarım əsri adlayan yaradıcılıq ömrü yaşayan Ayətxan Ziyad İsgəndərovun öz ömür yolu həyatın hansı rənglərini özünə hopdurub? Həyatın hansı rənglərinin sınağından və qınağından keçib bu ömür sahibi? 70 yaşına ərməğan etdiyi “Bu mənəm – Ayətxan Ziyad” adda kitabında müəllif bu sorğunu cavablandırmağa çalışıb.

NƏŞR EDİLMİŞ KİTABLARI

1. “Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”. Ba­kı-2001, 400 səh.

2. “Mən­dən sonra…”. Şeir, hekayə, publisistika. Bakı-“ULU”-2010, 616 səh.

3. “Qazyanlı Mir­həbi ağa. ADPU-2010, 132 səh. (araşdirma xarakterlidir).

4. “Qaz­yan­lı Mirhəbi ağa” (təkrar nəşr). Bakı-“ULU”-2010, 149 səh.

5. “Hər hökmü za­man verir”. Kiçik povestlər. Bakı-2010, 100 səh.

6. “Şamaxının Kürdə­mic kəndi. Tarix, publi­­si­s­tika, rəvayət”. Bakı-2014, 70×100 1/16, 536 səh.

7. “ADPU-da qalan izim”. Bakı-2014, 400 səh.

8. “Heydər Əliyev – xalqının, dövlətinin qürur ünvanı”. Bakı-2018. 168 səh.  Monoqrafiya.

9. “Dədə Qorqud” ün­va­­nında sözüm” (el­mi məqalələr. Mart 2015-2017-ci il).

Bakı-“ULU”-2018. 268 səh. Monoqrafiya.  

10. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… –  dövlətinin hamisi”. Bakı-2018. 104 səh. Dərs vəsaiti.    

11. “Heydər Əliyev və ədəbiyyat məsələləri: Azərbaycan ədəbiyyatının, mədəniyyətinin… – dövlətinin hamisi”. Dərs vəsaiti. “LAMBERT Akademic Publishing” nəşriyyatı – 2018, 92 səh.; İSBN-13: 978-613-9-88091-1 və İSBN-10: 613-98800912.

12. “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidi. (heka­yə, povest, kino-ssenari, şeir)”. İKSAD yayın evi – 2019, 463 səh.

13. Azərbaycan mətbuatı tarixi. Z.Xəlil, P.Soltanqızı,A.Z.İsgəndərov.

 Bakı-“Elm və təhsil”- 2021, 132 səh. Monoqrafiya.

14. Zaur Ustacın uşaq dünyası. Bakı-2021, 58 səh. Elmi məqalələr.

15. Bu mənəm – Ayətxan Ziyad. Bakı-2021. 400 səh.

16. Zahid Xəlilin poetik obrazları ədəbi tənqid müstəvisində. 235 səh.

Ayətxan Ziyad İsgəndərov bu gün də sutkanın 16-18 saatını yorulub-usanmaq bilməyən enerji ilə qələmə sarılıdır. Bu, şablon, söz xatirinə deyilən söz deyil, söylənilənləri fakt olaraq Ayətxan Ziyadı tanıyıb-bilənlərin hamısı görür, bilir. Bu yolda Ayətxan müəllimə yeni-yeni nailiyyətlər, ən əsası uzun və sağlıqlı bir ömür arzu edirəm! Var olun! Uğurlarınız bol olsun!!!

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürlər! Yeni görüşlər ümidi ilə sizlərdən ayrılıram. Allah amanında.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AQŞİN HACIZADƏNİN “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” ŞEİRİ HAQQINDA

Aqşin HACIZADƏ – Şair, “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!”nin müəllifi.

“O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” – Aqşin Hacızadə

(…bir şeirin sorağıyla…)

Salam olsun, çox dəyərli oxucum! Şükürlər olsun Böyük Allaha!

“Zaman-zaman Şair Məmmədhüseyn, Aşıq Nəcəf, Həsən Xəyallı, Qəmgin Fəzi, Aşıq Hacı Göyçəli, Sərraf Şiruyə, Alqayıt kimi aşıq və şairlərə ünvan verən qədim oğuz yurdu Göyçə mahalının Daşkənd kəndi müasir poeziyamıza da yeni-yeni imzaları bu gün yeni ünvanda – Bərdə rayonunun Yeni Daşkənd kəndində gətirməkdədir.

Tanrı hər bir bəndəsinə bir istedad bəxş edir. Kiminə dərin hafizə, kiminə gözəl əl qabiliyyəti, kiminə təşkilatçılıq bacarığı, kiminə isə fitri istedad. Ulu tanrının fitri istedad verdiyi insanlardan biri də Aqşin Hacızadədir. O gözəl, iti qələmi olan bir şairdir.

Onun göz açdığı ailənin, ocağın bir çox yazarları kifayət qədər Azərbaycan ədəbi mühitində tanınmış simalardandır. Aqşin Hacızadə dünyaya gəldiyi gündən qulaqları şeirə, sözə, ədəbi fikirlərə hakim kəsilib. Şeirlərini oxuyanda bənzərsiz bədii təsvirlərin şahidi olursan və şeirlərdə yeni dəsti-xətt duyulur…”

Yuxarıda sitat gətirdiyim sətrlər bu elin-obanın sözünə-söhbətinə dərindən bələd olan tanınmış tədqiqatçı, şair Araz Yaquboğlunun – Aqşin Hacızadə poeziyası” adlı Aqşin Hacızadənin yaradıcılığı haqqında qələmə aldığı əhatəli yazıdan bir parçadır.

“Bərdə rayonunun “Yeni Daşkənd” adlandırılan yaşayış məskəni Göyçə mahalının məşhur qədim Daşkəndinin adı ilə adlanmışdır. Bu kəndə hələ Sovet dövründə Göyçə mahalından, əsasən Daşkənddən ailələr köçüb daimi yaşamaq üçün məskunlaşmışlar və Göyçə mahalında yaşayan qohum-əqraba ilə müntəzəm olaraq gedt-gəl, xeyir-şərdə iştirak formalarında əlaqələr saxlamışlar. Yeni Daşkənd camaatı Göyşə mahalının qədim Daşkənd yurdunu ata-baba ocağı kimi indi də ürəklərində yaşadırlar. El şairi, şeirləri hələ 1965-ci illərdən aşıqların saz-sözündə səslənən, müğənnilərin repertuarında oxunan, Türk dünyasının ünlü-sədalı şairi Sərraf Şiruyə Yeni Daşkənddə yaşayıb-yaradır. Allah bu ocağa –Daşkəndli Həsən Xəyallı ocağına şeiriyyət-mənəviyyat bəxş etmişdir: Sərraf Şiruyyə, Aqil İmam, Eldar Həsənli, Aqşin Hacızadə, istedadlı və dərin ədəbi-nəzəri biliyə malaik gənc şair Qılman İman kimi şeir-hikmət təbli ziyalılar bu ocağın yetirmələridir. Qeyd etdiyimiz kimi, Aqşin Hacızadə də bu şeriyyət ocağındandır…”

Bu sətrlər isə Azərbaycanın söz-sənət ocağı sayılan, Dədə Ələsgər məbədgahı  Göyçə mahalının digər bilici ustadlarından biri olan Niftalı Göyçəlinin “Aqşin Hacızadə- şeiriyyət aləmi” adlı  maraqlı, müəllifi tanımaq baxımından olduqca əhəmiyyətli yazısındandır.

Bu iki tanınmış söz adamnın yuxarıda təqdim etdiyim fikirlərindən sonra mənim Aqşin Hacızadə haqqında burada əlavə nəsə qeyd etməyimə ehtiyac duyulmur. Hətta mənim əlavələrim şit, yersiz kəsədən desək yamaq kimi görünər və aşağıda sizlərə təqdim edəcəyim məsələnin şəfaflığına, obyektivliyinə kölgə salmış olardı. Bugünkü söhbətimizin mövzusu son günlər “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!” adlı şeiri ilə gündəm olan Aqşin Hacızadə ilə, onun adı qeyd olunan şeiri ilə bağlı olacaq.

Məsələ ondan ibarətdir ki, Aqşin Hacızadənin məlum şeiri müxtəlif saytlarda,  sosial şəbəkələrdəki səhifə və qruplarda müəllifin qələmindən çıxdığı kimi, heç bir dəyişikliyə uğramadan yayımlansa da bəzən onun öz adı qeyd olunmur. Oxucunun marağını cəlb etmək məqsədi ilə müəllifi “Təbrizli Tələbə” adı ilə yayımlayırlar. Bəlkə də buna səbəbiyyət verən şeirin sanki bir təbrizli gəncin dilindən qələmə alınmasıdır. Bu amil öz-özlüyündə o məşhur  frazada deyildiyi kimi, “Vətənin o başı, bu başı olmur…” həqiqətinin bariz nümunəsi kimi ortaya çıxır. Burda bir əlavə etmək istəyirəm: – “…Üstündən yüz Araz axsın, Totpaq, bizim torpağımız!!! Güney, Quzey fəqr eləməz, Oylaq, bizim oylağımız!!!” (Zaur Ustac) Bütün bunlara rəğmən  istənilən müəllifin adını qeyd etmədən ( bilərəkdən və ya bilməyərəkdən) əsərini yayımlamaq müəllifə, müəllif hüquqlarına hörmətsizlik olmaqla bərabər həm də, ən adi etik normalardan kənar bir hərəkət kimi qiymətləndirilməlidir. Aqşin Hacızadənin müəllifi olduğu, altını cızaraq qeyd edirəm dəyərli şairimiz, el ozanı Aqşin Hacızadənin qələminin məhsulu olan “O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN! adlı şeirini sizlərə təqdim edirəm:

O ŞEİRİ BİR DƏ SÖYLƏ ƏRDOĞAN!

(“…Zor ilə ayırdılar….” Ərdoğan)
Quzu kəsim şeir deyən dilinə,
O şeiri bir də söylə Ərdoğan!
Səs verəcək harayına qırx milyon,
Hədəfinə yaman dəyib, bax, yaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bircə bəndlik şeir ilə oyanıb,
Təbriz indi əyaq üstə dayanıb.
Əsrlərlə əsarətdən usanıb,
Çalxalanır, silkələnir bax bu an,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Haqdan deyir, sevmir haqqı, düzü də,
Bir şeytandı astarı da, üzü də.
Zamanıdı, dağılacaq özü də,
Bizi bizdən ayrı salan, ayıran,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Dilindəki şər-böhtandı, yalandı,
Erməniyə mehri-ülfət salandı.
İran ki var, İran deyil, ilandı,
Bu “ilana” qənim olsun o Quran, *
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Yox, dolmasın Araz daha lil ilə,
Axsın Araz o tay-bu tay gül ilə.
Biz ki, birik millət ilə, dil ilə,
Niyə axı ayrı qalsın bu məkan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
O tay bu tay Araz üstə yol salaq,
Bu birliyə alqış deyək, əl çalaq.
Bəsdir daha əsarətdə alçalaq,
Alçalmışıq düz iki yüz il, zaman,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!
* * *
Bu ayrılıq əbədilik yad olsun,
Pişəvəri ruhu daim şad olsun, *
Ünvanımız bircə ünvan, ad olsun,
Hey bir olsun Azərbaycan sonacan,
O şeiri bir də söylə Ərdoğan,
Qoy partlasın, qoy çatlasın bu İran!

Qeydlər:
1. Müqəddəs Quran kitabı.
2. Seyid Cəfər Pişəvəri. 1945-1946-cı illərdə Milli Hökumətin rəhbəri.
12.12.2020.- Bərdə ş.

Bu şeirin Aqişin Hacızadə ruhunun süzgəcindən keçib həyat qazanmasını sübut etməkdən  ötrü dəlilər gətirməyə ehtiyac olmasa da, maraq üçün  şairin digər eyni ruhlu, eyni kəlmə yüklü müxtəlif vaxtlarda qələmə aldığı başqa şeirlərdən nümunələr gətirməyi özümə borc bildim:

Füzuli virandı, izi qalmayıb, 
Ağdamın adı var, özü qalmayıb.
Yaram var sinəmdə, yox, sağalmayıb,
Xocalım inləyir, Şuşam can verir,
Vətən oğullara silahlan deyir.

Və ya

Söyləyə bilmirəm dildə arzumu,
Ağzımdan alırlar halal ruzumu.
Özüm öz əlimlə tutub ağzımı,
Boğula-boğula yaşayıram mən.
* * *
Narahat çırpınır rahatlıq tapmır,
Hər əlim yetənə ürəyim yatmır,
Ürəyim deyənə əllərim çatmır,
Yaxıla-yaxıla yaşayıram mən.

Digər bir nümunə

Bu dil mənim dünyada Türklüyümü bildirir,
Cürətimi, əzmimi, sərtliyimi bildirir.
Neçə ağır döyüşdə mərdliyimi bildirir,
İstəmirəm ötüşsün sənsiz ayım, bir ilim.
Ay mənim doğma dilim, ay mənim ana dilim.

Və bu iki bəndlə bu məsələni yekunlaşdırmaq istəyirəm. Necə deyərlər, “arifə bir işarə bəs eylər”:

Gen gün üçün qoçumuz çox,
Şirinindən acımız çox.
Günahımız, suçumuz çox,
Tanrı bizi bağışlamaz.
* * *
Nə qədər ki, qalxmamışıq,
Ələ silah almamışıq,
Yurda övlad olmamışıq,
Tanrı bizi bağışlamaz.

Nümunələrə ötəri bir nəzər saldıqda belə, bütün şeirlərin eyni müəllifə məxsus olduğu aydın sezilir. Bu barədə bu qədər. Aqşin Hacızadəyə yaradıcılıq uğurları arzu edirəm. Bu işdə müsbət hal odur ki, hələlik şeirə müəlliflik iddiası ilə heç kim çıxış etmir. Müəllif şəriksiz və şəksiz olaraq Aqşin Hacızadədir. Ancaq, yaxşı olar ki, gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçünAzərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən əsərləri üçün müəlliflik haqqında şəhadətnamə alsın.

Hələlik bu qədər. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

Zaur Ustacın şeiri.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Bu gün Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın,
Torpaq, bizim torpağımız!!!
Güney, Quzey fərq eləməz,
Oylaq, bizim oylağımız!!!
* * *
Axışı lal, susur Araz,
Mil, Muğanı yorur ayaz,
Kərkükdən ucalır avaz,
Oymaq, bizim oymağımız!!!
* * *
Göyçə dustaq, Urmu ağlar,
Yaşmaq düşər, börü ağlar,
Qaşqayda bir hürü ağlar,
Papaq, bizim papağımız!!!
* * *
Dörd bir yanın qarabağlı,
Dəmir qapı çoxdan bağlı,
Bir ağacıq qol, budaqlı,
Yarpaq, bizim yarpağımız!!!
* * *
Ustac boşa deməz əlbət;
-“Sərhədinə elə diqqət”,
Bu kəlamda var bir hikmət,
Sancaq bizim sancağımız!!!
11.10.2021.-Bakı ş.

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru