Gülşən Mustafa Zaur Ustac haqqında

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on yeddinci  yazı:

 

QTFS

Məncə bütün yazarlar özlərini yazırlar. Bir mətndə ki, yazarın ruhu, kimliyi duyulmadı o boğazdan yuxarı deyilmiş söz yığınıdır. Zaur Ustac yaradıcılığında da onun öz dünya görüşü, vətən sevgisi, insani dəyərləri, hissləri aydın sezilir. Şairin vətən sevgisi təqdirə layiqdir. Uğurlar Arzu edirəm!

Müəllif: Gülşən Mustafa

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Advertisements

زائـــور اوستاج : گؤزون گؤزو

SAM_0767

 

زائـــور اوستاج

گؤزون گؤزو

 

گوله ن گؤزون گؤزه ل لی یی گؤزه ل دی

گوله ن گؤزوگؤرونمه یه ن گؤز گؤره ر….

گؤزون گولور؛گؤزون گؤزو گولمه ییر؛

گؤزده گؤزو گؤرونمه یه ن گؤز گؤره ر

***

گؤزو گؤزده ن گؤزون گؤزو گیزله دیر؛

گؤزده گؤزو گؤزون گؤزو گیزله دیر؛

گؤزون گؤزو گؤزوموزده گیزلی دیر

گیزلی گؤزو گؤرونمه یه ن گؤز گؤره ر

***

گؤی گؤز گیریان؛گؤزو گؤزده ن گولومسه ر

گوله ن گؤزون گؤزو گؤزده ن گولومسه ر؛

گولمه یه ن گؤز ؛گؤزه گؤزده ن گولومسه ر؛

گیریان گؤزو گؤرونمه یه ن گؤز گؤره ر

 

Müəllif:  Zaur Ustac

 

 

 

 

Şirməmməd Həsənovdan səmimi sözlər…

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on altıncı  yazı:

 

QTFS

Hörmətli və dəyərli şairimiz Zaur Ustac, mən sizin yaradıcılıgınızla, yazdıgınız şerlərlə demək ola ki, sosial şəbəkələrdən tanışam. İlk dəfə sizin şeinizi oxuyanda mənim diqqətimi yazdıgınız hər misra haralara aparmadı ki,…. Elə həmən gündən bütün şerlərinizin vurğunuyam. Kaş bütün şairlərimiz sizin şerləri oxuyaydılar və öz yazdıqlarına qimət verəydilər. Sizlərə can saglıgı və yaradıcılıgınızda ugurlar arzulayıram…

Müəllif:  Sirmemmed Hesenov

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Zaur USTAC: “QƏLBİMİN AÇIQCASI” kitabı.

ZUQA b

Zaur USTAC

“QƏLBİMİN AÇIQCASI   (Seçmə şeirlər) EK

Bakı, “USTAC.AZ” nəşrləri, 2018,  179 səh.

Kod: EK-015-04- MZM-14 -20-18

XYB: (Y-30-EK-15-ZU)

İSBN:  978-9952-8298-9-1j

PDF: – Var: ZU — QA

“USTAC.AZ” NƏŞRLƏRİ.

Şəhin Senayi Fərd: Zaur Ustac haqqında.

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  on ikinci yazı:

QTFS

 

“Budağindan qopmuş;yaşil yarpağam;

Təbiət alibdi qoynuna məni.

Haraya gedirəm özüm də bilməm; .

Tanrim yönəldir yoluna məni…”

Zaur Ustac-Bakı

 

Zaur müəllimin mənali şerlərində ayıqlıq  qanad çalır,  o  halda ki,  yatanları  duru yol – yolağa çağırır,  duyğların hamı ilə  pay-bölüş edərkən …  Qələminin gücü və vücudunun sağlığı  arzumdu…

Sayqılarla: Şəhin Senayi Fərd.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

 

: زائور اوستاجا گؤره

20150925_221130

. اوستاجا گؤره یازارلار؛آنجاق یازارلار… یعنی شوبهه سیز کی؛حیکمه ت و سؤز؛اوجا تانرییا مخصوصدور بیز ساده جه؛دیکته اولونانلاری قه له مه آلان؛قه له م توتان قوللاریق. قه له مین صاحیبیده اودور

 

  اوستاجلییام الیم عرشی اعلادا   

  بو نه سیته م میلله تیم نه بلادا؟

 

Etibar Həsənzadə: Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  onuncu  yazı:

 

QTFS

Dəyərli sənət dostum Zaur bəyin şeirlərinə fikir söyləmək mənim üçün böyük məsuliyyətdir. Çünki, Zaur bəy həm sənətdə, həm də yaşda məndən böyükdür. Zaur bəyin təklifi ilə mən də, məmnuniyyətlə öz təəssüratlarımı bölüşürəm:

  1. Qələmlə elə yaz, qoy izi düşsün.

Bu bir sətirdə ayların, illərin əziyyətli, yuxusuz gecələri, yaşanmış hisslərin ürəkdən gələn ifadəsi var. Ancaq belə yazılan şeirlər əsrlərə iz salar.

  1. Hər otun, çiçəyin halın soraraq,

Sinəmə yığdığım sözüm var mənim!!!

Bu misralarda bütün otların, çiçəklərin ruhunu duyan, nədən belə gözəl və xoş ətirli olduğunu bilən bir şairin duyğuları var. Ən gözəl və ən xoş ətirli çiçəklər Əli (ə)-ın vilayətini qəbul edənlərdir. Qızıl gülə peyğəmbər gülü də deyirlər, ləçəklərinin düzülüşündə peyğəmbərimizin və onun ailə üzvlərinin adı yazılıb. Məncə Zaur bəyin bu mənada sinəsinə yığdığı çox sözləri var.

  1. Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “Sur”!

Bu misralarda əsil insan necə yaşamalıdır, bu günün əməlləri ilə öz axirətini necə qazanmaq lazımdır deyə bir mesaj var. Çünki, insan bü günki yanlış addımlarının haqq-hesabını, zamanı çatanda mütləq verəcəkdir. Bu mənada Zaur bəyin şeirlərində çox ibrətamiz nəsihətlər var.

  1. Gülər gözdən qəm süzülər, bilinməz.

Misradan göründüyü kimi, Zaur bəy insan psixologiyasını gözəl bilir. Hər zaman həyatda ən çox dərdi olan insanlar, onu ətrafındakılardan gizlətmək üçün çox gülərlər. Çünki, qəmini, kədərini bəlli edərsən, dost kədərlənər, düşmən sevinər.

  1. Küskündü, inçikdi Qarabağ Atı !!!

Köçkündü, qəribdi Qarabağ Atı !!!

Bu ağrılı misralar Qarabağın sağalmaz, qara dərdlərinin ən gözəl ifadəsidir. Atsız qalan Qarabağ igidlərinin çarəsizliyinin, yurd, el-oba, Vətən dərdlərinin ifadəsidir. Bu iki misra 26 ilin ağrı, acısının ifadəsidir. Bu mənada Zaur bəyin yaradıcılığı çox diqqət çəkicidir, az sözlə, çox şeyləri ifadə edir.

  1. Zərrədə var olan gücdü Yaradan…

Tək bu cümlədən cildlərlə kitab yazmaq olar….

Zaur bəyin yaradıcılığı – şeirləri çoxşaxəli və düşündürücüdür. Mən Zaur bəyə yaradıcılığında böyük uğurlar arzulayıram.

18.04.2018.

QISA ARAYIŞ:

Etibar Həsənzadə,

Yazar.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Müəllif:  Yazar Etibar Həsənzadə

Psixoloq Lalə Əhmədova: – “Zaur Ustac, həlim, xalqa yaxın şairdir…”

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  səkkizinci  yazı:

 

QTFS

 

Zaur Ustac ədəbiyyatda öz üslubu ilə seçilən həlim, xalqa yaxın şairlərdən biridir. Daim Vətənpərvərlik mövzusuna toxunan, gözəl qələm sahibi rahat anlaşıqlı, xalqa yaxın, öz səmimi şeirləri ilə həmişə seçilib.

Onun şerlərində Vətənə olan sevgisi, daim Vətən üçün döyünən şair ruhu hiss olunur.

Seirlər tez mənimsənilən yadda qalan, duyğulandıran, düşündürən nə desəz var bu yaradıcılıqda…

Gözel insan, gözel şair Sizə can sağlığı, daha uca zirvələr fəth etmənizi  ve daim  zirvələrdə olmanızı arzu edirəm,  əziz  Zaur Ustac. Uğurlarınız bol olsun!!!

Müəllif: Lale Ahmedova

 

QISA  ARAYIŞ:

Psixoloq,

Lale Ahmedova.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.