Mayıl Dostu: – Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  altıncı  yazı:

 

QTFS

Müxtəlif mövzulara müraciət etməsi, rəvan poetik dili, lirik təhkiyə ilə şair düşüncəsinin qarşılıqlı əlaqəsi, milli dəyərlərin sevgi ilə qabardılması Zaur Ustac poeziyasının əsas xüsusiyyətləridir. Vətən sevgisi, milli kimliyimiz, vətandaş təəssübkeşliyi və s. kimi məsələlər şairin bir çox şerlərinin əsas qayəsidir, şair Vətənin quru daşını da, gül- çiçəkli çəmənliyi qədər sevir. Təbiət, sevgi-məhəbbət, bəşəri mıvzularda yazdığı şerlərdə şair, oxucunu düşündürməyi, onu ram etməyi bacarır. Şairə yeni yaradıcılıq uğurları arzulayıram!

Müəllif: Mayil Dostu

QISA ARAYIŞ:

Mayıl Dostu,

Pedaqoji Elmlər üzrə Fəlsəfə doktoru.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Advertisements

Lilpar Cəmşidqızı: – “İstedad Allah vergisidir” – Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  beşinci  yazı:

 

QTFS

Əsirlərdən, qərinələrdən bizə gəlib çatan bu cümlə “İstedad Allah vergisidir” kəlamı həmişə özünü doğruldub. Həqiqətən də yer kürəsində olan insanların məhz hamısı yox, yalnız seçilmişlərində qeyri-adi istedad olur. Yazıçılar, şairlər bu insanların arasında ən seçilmiş bəndələrdir. Zaur Ustac məhz belə insanlardandır. Onun şeirərində Vətən, Torpaq mövzusu əsas şərtlərdən biridir. Şairin yazdığı şeirlər gənclərimizi vətənpərvərliyə ruhlandırır. Zaur Ustac yaradıcılığına nəzər salanda görürük ki, şair hər an özünü cəbhədə əsgərlərimizin yanında hiss edir. Şəhidlərimiz haqqında yazdığı şeirlərində qəhrəman Vətən oğullarının igidliyini tərənnüm eləmişdi. Uzun illər ədəbiyyatla məşgul olsam da, bu vaxta qədər minlərlə şeirlər oxusam da Zaur Ustacın şeirləri özlərinin sadəliyinə, fikir yükünə, obrazlı ifadələrinə, fəlsəfi duyumuna görə çox xoşuma gəldi. Zaur Ustacın yaradıcılığını daima izləyən bir şair həmkarı kimi şairin şeirlərini çox bəyənirəm və bu müqəddəs yolda ona uğurlar arzulayıram.

Müəllif: Lilpar Cəmşidqızı

QISA ARAYIŞ: 

Lilpar Cəmşidqızı

Şairə.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Elnur Qərari : – Zaur Ustac şeirlərdə vətən torpağının ətri…

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  dördüncü  yazı:

QTFS

Dünya qloballaşır, bəşər düşüncəsi kosmopolit yön alır, lakin bütün bu sürətli hadisələrin fonunda uzaqdan bir işıq görünür – Vətən.

Torpağa tapınmaq, vətənin qoxusu ilə nəfəs almağın həzzini yaşamaq hər insana nəsib olmur. Bu mübarək hissi yaşamağın özü bir şərəfdir.

Zaur Ustac şeirlərdə vətən torpağının ətrində məst olan bir insan kimi misralarını da vətən rənginə boyayıb.

 

Nədəndi, ürəyim çırpınır  yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?! 

 

–deyir şair və vətən aşiqi olduğunu isbat edir, göstərir ki,vətən həsrəti çəkmək insanlığın bariz göstəricisidir.
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
Bu mirsalarda nəfəsi ilə, misraları ilə düşmənə hayqırır, ona hücum edir. Əslində şair silahı onun çılğın misralarıdır.
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək
Bu sətirləri oxuduqca şairin romantik zənginliyinə enirsən, onun ekzistensial aləmini kəşf edirsən. Ürəyin-qəlbin ahəngini vəsf edir şairimiz.

 

Biz bilən ölçülər büsbütün yaddır,
Çoxunun bildiyi quruca addır,
Sərhədsiz, hüdudsuz qurucu zatdır,
Bir “ol” – da var olan gücdü Yaradan….

 

– deyir şair və əslində bununla dərin bir həqiqət aşılayır oxucusuna

– Tanrı həqiqəti. Ta qədimdən bu günə qədər “Uca Yaradan” ədəbiyyatın ən ehtişamlı mövzularından olub və bəlkə də klassik ədəbiyyatın ən fundamental mövzusu olub. Bizim şair də bu möhtəşəm reallığa biganə qalmayıb və Tanrıdan savayı bütün varlıqların əslində yad olduğunu, təkcə Uca Rəbbimizin bizə doğma olduğunu gözəl ibarələrlə dilə gətirib, təsbit edib.

Ümumiyyətlə Zaur Ustac şeirlərinin milli ruhu güclüdür, səmimidir, aydın və işıqlıdır.     

Arzumuz budur ki, şair bu cür vətəncanlı, torpaq ürəkli, insan düşüncəli şeirlərini mütəmadi qələmə alsın. Ümüdvaram ki, tezliklə Zaur Ustac  doğulduğu vətən torpağına qayıdacaq, yeni təsüratlarla yeni duyğularla daim yazıb yaradacaq. Bu bizim müqəddəs amalımızdır.

Müəllif:  Elnur Qərari

 

QISA ARAYIŞ:

 

Elnur Qərari,

şair,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.