Zaur Ustacdan yeni kitab: – “Otuz ildir, əldə qələm…”

otuzb

Zaur Ustacdan yeni kitab: – “Otuz ildir, əldə qələm…”

 

KİTAB HAQQINDA MƏLUMAT:

 

Zaur USTAC, “OTUZ İLDİR, ƏLDƏ QƏLƏM” (1988 – 2018)

Bakı, “USTAC.AZ” nəşrləri, 2018, 74  səh, (PDF – 84 səh).

Kod: 004-04- MZM-14 -20-18

İSBN:  978-9952-8298-9-1

PDF: – ZU — OƏQ

© Zaur USTAC, 2018.

QISA MƏLUMAT:

Bu kitab, Zaur  Ustac  yaradıcılığının “30” illik  yubley tədbirləri  çərçivəsində  nəşr olunur. Kitabda  ön  söz  və son  söz  əvəzinə  işlənmiş  şeirlərdən  əlavə  müəllifin  müxtəlif  illərdə  yazdığı  43  şeir toplanmışdır.  Şeirlər  elə seçilib ki, onları  oxumaqla  şairin  dünyaya  baxışı, həyat  fəlsəfəsi, ədəbi  görüşləri  və  bədii  yaradıcılığı  haqqında  istiqamətverici  fikrə sahib olmaq olar.

 

“USTAC.AZ” NƏŞRLƏRİ

Advertisements

Təranə Məmməd: – “Zaur Ustac alovu…”

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  yeddinci  yazı:

QTFS

Seir, söz o zaman gözəl olur, o zaman ürəklərə toxunur ki, onu yazan insanın ürəyi başqalarının ürəyindən seçilsin. O ürək o qədər həssas , o qədər ağrılı,o qədər sevgili olmalıdır ki, ondan süzülüb misralara düzülən sözlər oxucunu ovsunlasın. Bütün sadaladıqlarım Zaur bəyə məxsusdur. Zaur Ustacın şeirlərindən dağlarımızın çiçəklərinin qoxusu gəlir, analarımızın layla səsi eşidilir, şəhidlərimizin ölməzliyi və Vətənimizin əzəməti görünür Ürəklərimizi dağlayan Qarabağ həsrəti görünür. Bu insan özü öz ürəyində bir ocaq qalayıb sanki. Və bu ocağın istisinə sözlər,kəlmələr yığışır və maraqlı bir halay çəkib oxucuların ürəyinə hopur. Mən Zaur Ustacın ürəyindəki odun əbədi yanmasını arzu edirəm. Qoy bu yanan ocağın alovu hər bir oxucunun qəlbinə qığılcım ata bilsin!

Müəllif:  Terane Memmed

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Zaur USTAC “DAĞLAR” şeiri.

26838f2db0

DAĞLAR

(Ruhuna min rəhmət dədə Ələsgər…)

 

Nədəndi, ürəyim çırpınır  yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?!

Yağı cövlan edir, dağıdır yenə,

Qoynunda büsatı, cəlalı, dağlar!

* * *

De, çoxmu çəkərik zülüm-zilləti????

Mövcud hal -vəziyyət üzür milləti,

Onsuz da düşmənin puçdu niyyəti,

Ordumun beşiyi, vüsalı, dağlar!

* * *

Dünya belə qalmaz, dəyişər zaman,

Yenə dövran olar, həmənki dövran,

Bulaqlar başında məclislər quran,

Oğullar ərsəyə gələli, dağlar!

* * *

Ustac bulud kimi dolub, ağlamır,

Köksünün yarası qaysaq bağlamır,

Bir bilsən, ruhumu nələr çuğlamır,

Doğacaq nə zaman Hilalın, dağlar?!

 

07.05.1995. Marağa.

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

Mayıl Dostu: – Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  altıncı  yazı:

 

QTFS

Müxtəlif mövzulara müraciət etməsi, rəvan poetik dili, lirik təhkiyə ilə şair düşüncəsinin qarşılıqlı əlaqəsi, milli dəyərlərin sevgi ilə qabardılması Zaur Ustac poeziyasının əsas xüsusiyyətləridir. Vətən sevgisi, milli kimliyimiz, vətandaş təəssübkeşliyi və s. kimi məsələlər şairin bir çox şerlərinin əsas qayəsidir, şair Vətənin quru daşını da, gül- çiçəkli çəmənliyi qədər sevir. Təbiət, sevgi-məhəbbət, bəşəri mıvzularda yazdığı şerlərdə şair, oxucunu düşündürməyi, onu ram etməyi bacarır. Şairə yeni yaradıcılıq uğurları arzulayıram!

Müəllif: Mayil Dostu

QISA ARAYIŞ:

Mayıl Dostu,

Pedaqoji Elmlər üzrə Fəlsəfə doktoru.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Zaur Ustac: – İNCİ,  QƏRƏNFİL…

azar

İNCİ,  QƏRƏNFİL…

Olsan da, bu işdə ən son müqəssir,

Gəl, məndən incimə, inci qərənfil…

Utanc çiçəyisən, utanc çiçəyi,

İstəsən lap  məndən inci, qərənfil…

*        *        *

Ruhum bu halından çox mütəəssir,

Yenə döşənmisən küçəyə, daşa…

Qaxınc  çiçəyisən, qaxınc çiçəyi,

Qaxanc  örf-adətə, öfkəyə, başa,

*        *        *

Bu işdə bilmirik, kimdi müqəssir,

Bizim üz qaramız, qırmızımızsan…

Həya örpəyisən, güvənc ləçəyi,

Sən bizim dünyaya qırımımızsan…

*        *        *

Ustac  tək oğullar çox mütəəssir,

Üz-üzdən utanır, dözür ağrına…

Əlacsız-əlacsız ödünc çiçəyi,

Silah əvəzinə sıxır bağrına…

 

20.01.2018.  Bakı. (15:00)

 

Müəllif: Zaur Ustac
© Zaur USTAC,2018. Bakı.
WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ
#zaurustac

Lilpar Cəmşidqızı: – “İstedad Allah vergisidir” – Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  beşinci  yazı:

 

QTFS

Əsirlərdən, qərinələrdən bizə gəlib çatan bu cümlə “İstedad Allah vergisidir” kəlamı həmişə özünü doğruldub. Həqiqətən də yer kürəsində olan insanların məhz hamısı yox, yalnız seçilmişlərində qeyri-adi istedad olur. Yazıçılar, şairlər bu insanların arasında ən seçilmiş bəndələrdir. Zaur Ustac məhz belə insanlardandır. Onun şeirərində Vətən, Torpaq mövzusu əsas şərtlərdən biridir. Şairin yazdığı şeirlər gənclərimizi vətənpərvərliyə ruhlandırır. Zaur Ustac yaradıcılığına nəzər salanda görürük ki, şair hər an özünü cəbhədə əsgərlərimizin yanında hiss edir. Şəhidlərimiz haqqında yazdığı şeirlərində qəhrəman Vətən oğullarının igidliyini tərənnüm eləmişdi. Uzun illər ədəbiyyatla məşgul olsam da, bu vaxta qədər minlərlə şeirlər oxusam da Zaur Ustacın şeirləri özlərinin sadəliyinə, fikir yükünə, obrazlı ifadələrinə, fəlsəfi duyumuna görə çox xoşuma gəldi. Zaur Ustacın yaradıcılığını daima izləyən bir şair həmkarı kimi şairin şeirlərini çox bəyənirəm və bu müqəddəs yolda ona uğurlar arzulayıram.

Müəllif: Lilpar Cəmşidqızı

QISA ARAYIŞ: 

Lilpar Cəmşidqızı

Şairə.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Elnur Qərari : – Zaur Ustac şeirlərdə vətən torpağının ətri…

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  dördüncü  yazı:

QTFS

Dünya qloballaşır, bəşər düşüncəsi kosmopolit yön alır, lakin bütün bu sürətli hadisələrin fonunda uzaqdan bir işıq görünür – Vətən.

Torpağa tapınmaq, vətənin qoxusu ilə nəfəs almağın həzzini yaşamaq hər insana nəsib olmur. Bu mübarək hissi yaşamağın özü bir şərəfdir.

Zaur Ustac şeirlərdə vətən torpağının ətrində məst olan bir insan kimi misralarını da vətən rənginə boyayıb.

 

Nədəndi, ürəyim çırpınır  yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?! 

 

–deyir şair və vətən aşiqi olduğunu isbat edir, göstərir ki,vətən həsrəti çəkmək insanlığın bariz göstəricisidir.
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
Bu mirsalarda nəfəsi ilə, misraları ilə düşmənə hayqırır, ona hücum edir. Əslində şair silahı onun çılğın misralarıdır.
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək
Bu sətirləri oxuduqca şairin romantik zənginliyinə enirsən, onun ekzistensial aləmini kəşf edirsən. Ürəyin-qəlbin ahəngini vəsf edir şairimiz.

 

Biz bilən ölçülər büsbütün yaddır,
Çoxunun bildiyi quruca addır,
Sərhədsiz, hüdudsuz qurucu zatdır,
Bir “ol” – da var olan gücdü Yaradan….

 

– deyir şair və əslində bununla dərin bir həqiqət aşılayır oxucusuna

– Tanrı həqiqəti. Ta qədimdən bu günə qədər “Uca Yaradan” ədəbiyyatın ən ehtişamlı mövzularından olub və bəlkə də klassik ədəbiyyatın ən fundamental mövzusu olub. Bizim şair də bu möhtəşəm reallığa biganə qalmayıb və Tanrıdan savayı bütün varlıqların əslində yad olduğunu, təkcə Uca Rəbbimizin bizə doğma olduğunu gözəl ibarələrlə dilə gətirib, təsbit edib.

Ümumiyyətlə Zaur Ustac şeirlərinin milli ruhu güclüdür, səmimidir, aydın və işıqlıdır.     

Arzumuz budur ki, şair bu cür vətəncanlı, torpaq ürəkli, insan düşüncəli şeirlərini mütəmadi qələmə alsın. Ümüdvaram ki, tezliklə Zaur Ustac  doğulduğu vətən torpağına qayıdacaq, yeni təsüratlarla yeni duyğularla daim yazıb yaradacaq. Bu bizim müqəddəs amalımızdır.

Müəllif:  Elnur Qərari

 

QISA ARAYIŞ:

 

Elnur Qərari,

şair,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Zaur USTAC: OLACAQ şeiri.

soz

OLACAQ

(…sözünüz ağzınızda qalmasın…)

Ağzındakı söz olmasa,
Ürəyində köz olacaq…
Dediyin söz düz olmasa,
Boğazında qoz oacaq…
* * *
Ağız dilə dar olarsa,
Düz əyriyə yar olarsa,
Haqq nahaqdan xar olarsa,
Silinməyən iz olacaq…
* * *
Məncə yox, bundan betəri,
Dəyər, hamıya xətəri,
Heç nəyə baxma ötəri,
Yatağında biz olacaq…
* * *
Dünyanın ən acı dərdi,
Sındırıbdı, neçə mərdi,
Hamı dinmədikcə, mərddi,
“Quş uçurtsa, qaz olacaq…”
* * *
Ağızda söz gəvələmək,
Ən acı dərd, böylə bilək,
Nəsimidən alaq örnək,
Ustac desə, az olacaq…
05.04.2018. Bakı. ( 15:49 – 9’)

ZAUR USTAC HAQQINDA

 

 

 

meadnflag (11)

 

ZAUR USTAC HAQQINDA

 

Zaur Ustac 8 yanvar, 1975-ci ildə Bakı şəhərində anadan olmuş, ilk təhsilini Ağdam rayonunun Yusifcanlı kənd orta məktəbində almış, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində davam etdirmişdir. Birinci Qarabağ müharibəsinin iştirakçısı və halhazırda ehtiyatda olan zabitdir. Zaur Ustac 1988-ci ildən etibarən dövri mətbuatda çıxış edir. Zaur Ustac «Yazarlar» jurnalının təsisçisi və baş redaktorudur. Zaur Ustac «GÜNAYDIN“ («AĞÇİÇƏYİM”), “İSTƏMƏZDİM ŞAİR OLUM HƏLƏ MƏN”, “GÜLZAR”, “ŞEHÇİÇƏYİM”, “MƏHDUD HƏYDTIN MƏCHUL DÜŞÜNCƏLƏRİ”, “MUM KİMİ YUMŞALANDA”, “BAYATILAR”, “BALÇİÇƏYİM”, “BƏRZƏXDƏ”, “GÜLÜNÜN ŞEİRLƏRİ” “SEVİN Kİ, SEVİLƏSİZ…”, “QƏLBİMİN  AÇIQCASI”, “USTADNAMƏ”, “NİŞANGAH”, “ÇƏHRAYI  KİTAB”  kimi şeirlər kitablarının, “USUBCAN  ƏFSANƏSİ” adlı  məqalələr toplusunun  və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Gizir Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunmuş “ ORİYENTİR ULDUZU” kitabının müəllifidir.

 

 

زائوراوستاج 8 یانوار1975-جی ایلده؛باکی شه هه رینده؛آنادان اولموش.ایلک تحصیلی نی؛آغدام رایونونون یوسیفجانلی که ن د؛اورتا مه ک ته بینده آلمیش؛آردیجیل اولاراق باکی دوله ت اونیوئرسیتئدینده عالی تحصیلاتین بئین الخالق ایختیراچیلیق وبیزنئس اینستیتوتونـدا و شاماخی هومانیتار کوللئجینده داوام ائتدیرمیشدیر.زائوراوستاج1988-جی ایلده ن؛اعتیباره ن دؤوری مطبوعاتدا؛چیخیش ائدیر. او«یازارلار»ژورنالینین تأسیس چی سی وباش ریداکتورودور. زائوراوستاج*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له من, گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری, برزخ ده, موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم,گولونون شعرله ری, سئوینکی سئویله سیز..,قه ل بیمین آچیقجاسی,اوستادنامه,نیشانگاه, چه ه رایی کیتاب,اوتوزایلدیرالده قه له م,کیمی شعرله ر اوسوبجان افسانه سی آدلی مقاله له ر توپلوسونون و آذربایجان رئسپوبلیکاسینین میللی قهرمانی گیزیر موباریز,,ایبراهیمووون عزیزخاطیره سینه حسر اولونموش,,اوری یئنتیر اولدوزو,,کیتابینین موعه ل لیفیدیر. اوستاجا گؤره یازارلار؛آنجاق یازارلار… یعنی شوبهه سیز کی؛حیکمه ت و سؤز؛اوجا تانرییا مخصوصدور بیز ساده جه؛دیکته اولونانلاری قه له مه آلان؛قه له م توتان قوللاریق. قه له مین صاحیبیده اودور                          

 ! اوستاجلییام الیم عرشی اعلادا…   بو نه سیته م میلله تیم نه بلادا؟

 

 

 

زائوراوستاج هشتم ژانویه 1975میلادی درشهرباکومتولدشد.تحصیلات ابتدائی ومتوسطه رادرروستای یوسفجانلی ازتوابع شهرستان آغدام؛به اتمام رسانیده وبه دنبال آن تحصیلات عالی اش را؛دردانشگاه دولتی و انستیتوبین المللی اختراعات وکسب وکاروکالج بشردوستانهء شهرشاماخی ادامه داده وازسال1988میلادی نیز؛اجرای سخنرانی دوره ای مطبوعات رابرعهده داشته است.وی مؤسس وسردبیرمجلهء «یازارلار»نیزمی باشد. زائوراوستاج صاحب آثاری چون*گونآیدین,آغ چیچه ییم,ایسته مه زدیم شاعیراولوم حه له مه ن,گولزار,شئح چیچه ییم,محدود حه ی دتین مجهول دوشونجه له ری,برزخ ده,موم کیمی یومشالاردا,بایاتیلار,بال چیچه ییم, گولونون شعرله ری,سئوین کی سئویله سیز…,قه ل بیمین آچیقجاسی, اوستادنامه,نیشانگاه,چه ه رایی کیتاب,اوتوزایلدیر الده قه له م, ونیز گرد آورندهء مقالات اوسوبجان افسانه سی ومؤلف کتاب اوری یئنتیر اولدوزو (ستارهء استقامت)به یاد؛داشت ابراهیم اف,قهرمان ملی ومبارز شجاع جمهوری آذربایجان نیز می باشد. به هرحال نویسندگان راجع به اوستاج می نویسند؛یعنی بی شک وشبهه؛ سخن وحکمت؛مخصوص خداوند بلندمرتبه است.مافقط بندگان قلم بدستی هستیم که دیکته شده ها را می نویسیم صاحب قلم نیز اوست. زائور اوستاج:اهل اوستاجم دستم رو بسوی عرش اعلاست؛؛این چه ستم وچه بلایی ست که ملتم گرفتارش شده است؟؟؟

 

 

 

Zaur Ustac was born on January 08, 1975, in Baku of Azerbaijan Republic. He studied at Baku State University and then continued his education at Higher Military School named after Heydar Aliyev , International Institute of Invention & Business and Shamakhi Humanitas College. He is Chef Editor in The Yazarlar Magazine.

 

 

 

Zaur Ustac, 1975-ci il ocak ayının 8`in de Bakü`de doğdu. Okul hayatına Ağdam`ın Yusifcanlı köy orta okulunda başlamış, ardından Bakü Dövlet Üniversitesinde, Bakü Ali Birleşmiş Kumandanlık okulunda, “Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu”da ve “Şamahı Humanitar Kolleci”nde tahsil hayatını devam ettirmişdir. Zaur Ustac, “Yazarlar” dergisinin kurucusu ve baş editörüdür.

 

 

 

ƏSAS SAYT:

http://zaurustac.tr.gg/

 

ZAUR USTACIN ÜNVANI:

http://wikimapia.org/32640569/Zaur-USTAC

 

FAYDALI  MƏLUMATLAR:

 

BLOQLAR:

  1. https://zauryazar.wixsite.com/zaurustac
  2. https://ustacaz.wordpress.com/

 

 

YARDIMÇI:

добавьте новую страницу.

 

XARİCİ KEÇİDLƏR:

Zaur USTAC

 

WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ

GÜLÜNÜN ŞEİRLƏRİ

SXO

Zaur  USTAC

 

 

 

 

 

 

GÜLÜNÜN

ŞEİRLƏRİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI   –    2016

Zaur USTAC

“Gülünün şeirləri”

Üçüncü nəşr – 2016, 28 səh.

 

 

 

 

 

 

Bu  kitabda əlifbamızda olan bütün hərflərə aid

maraqlı və əyləncəli uşaq şeirləri, həmçinin “ 1”

-dən “10” –qədər  rəqəmlərə aid tapmaca –

şeirlər toplanmışdır.

 

 

 

İSBN  978-9952-8298-0-8

 

 

 

©Zaur USTAC., 2012.

©Zaur USTAC., 2016.

©Zaur USTAC., 2016.

 

 

 

 

 

KİTAB  HAQQINDA

 

 

Dəyərli oxucum, əlinizdə tutduğunuz bu kitab

əlifbanı yenicə öyrənməyə başlamış kiçik yaşlı

uşaqlar üçün nəzərdə tutulmuşdur. Deməli, kitab bilvasitə  bu  körpə, fidan balalara şeir öyrədənlərə kömək məqsədi ilə qələmə alınmışdır. Kitabda əlifbamızın hər bir hərfinə aid əyləncəli, məzəli, uşaqların asan əzbərləyə biləcəyi olduqca axıcı, yüngül  hecalı  şeirlər  və 1-dən 10-dək rəqəmlərdən bəhs edən tapmacalar toplanmışdır.

Kitab məktəbəqədər uşaq müəssisələrində tərbiyəçi-müəllimlər üçün əvəzedilməz vəsait olmaqla yanaşı,  ibtidai məktəblərin birinci siniflərində əlifbanı öyrənərkən hər yeni hərf və rəqəm keçildikcə müəllimlərin “hərfə aid şeir əzbərləyin” – tapşırığın da qarşılamaq iqtidarındadır.

Əsasən orta məktəb-liseylərin birinci sinifləri üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulduğundan  şeir və tapmacaların düzülüşü hərf və rəqəmlərin proqramla keçilmə ardıcıllığına uyğun gəlir.

OXUYAQ, ÖYRƏNƏK, İNKİŞAF EDƏK!!!!

 

 

“ A “

 

A ilə Ana deyə,

Aləmə səs salırıq.

Azərbaycan sözünə

A ilə başlayırıq.

 

 

Ata, Ana tək sözlər

A-nın nəfis ilməsi

A-dan Z-yə hərflər

Allahın bir töhfəsi.

 

 

 

“ 1 “

 

Asan bir sual verim,

İnan, yoxdur beləsi.

Üçdən iki çıxanda

Söylə, qalır neçəsi?

 

 

 

 

“ 2 “

 

Hansı qoçaq tez deyər,

Söyləyin ay uşaqlar?

Xor-xor yatan pişiyin,

Neçə xumar gözü var?

 

 

“ 3 “

 

Kvadrat dörd bucaq,

Dairə bütün olar.

Üçbucağın bəs onda,

De, neçə bucağı var?

 

“ 4 “

 

Dünyanın dörd tərəfi,

Damın dörd dayağı var.

Ən böyük, nəhəng filin

De, neçə ayağı var?

 

 

 

 

 

 

 

“ 5 “

 

Eşitdim, öyrənmisən

İndi daha saymağı,

Adamın bir əlində

Neçə olur barmağı?

 

 

 

 

 

“  N “

 

N, iyirminci hərfdir,

Düşüb qabağa amma.

Çünki, onu bilməsək,

Yaza bilmərik Ana.

 

N, nənəmin ninnisi,

N, nənəmin nehrəsi,

N, nənəmin şipşirin

Noğul kimi nəvəsi.

 

 

 

 

 

 

“ 6 “

Cavabını kim verər,

Belə asan sualın;

Dörd ayağı, qulağı

Neçə edər ulağın?

 

 

 

“ 7 “

 

Bazar  günü gələndə

Çox sevinir uşaqlar.

Bəs kim indi tez deyər,

Həftədə neçə gün var?

 

 

 

“ 8 “

 

At yanında balası,

Gəzirdi otlaqları.

İkisinin bir yerdə

Neçədir ayaqları?

 

 

 

 

 

 

“ T “

 

Tuncay topu tulladı,

Tutu, topu tut görək!

Top-top mənə yaraşmaz,

Mən tankçı olum gərək!

 

Tapançamı götürdüm,

Tüfəngi də ver mənə.

Tankı, topu sazlayım,

Hücum edim düşmənə!

 

 

 

“ 9 “

 

İki əldə bir yerdə

On dənədir barmağım.

Bax, birini qatladım,

Neçə qaldı qoçağım?

 

 

 

 

 

 

 

“ Ə “

 

Əlifbam əlimdədir,

Ə hərfi tanışdır.

Gözümün önündəki

Əlim  Ə – lə başlayır.

 

Nənədə iki Ə var

İki Ə – li nəvə də

Babam Ə – dən küsəndə,

Ona deyirəm dədə.

 

 

 

“ 10 “

 

İnan ki, çətin deyil

Düşünsən, asan olar.

Bir əldə, bir ayaqda

Cəmi neçə barmaq var?

 

 

 

 

 

 

 

“ L “

 

Lalə  dostların yenə

Topladı ətrafına,

Axı, mən nənəmgilə

Getmişdim Lənkərana!?

 

Orda bir ağac vardı,

Meyvələri sapsarı.

Leyla  dadına baxdı,

Büzüşdü dodaqları.

 

 

 

 

“ I “

 

I – nı yazmaq asandı,

Asan da yadda qalır.

Kim tanımır, tanısın

Lap çomağa oxşayır.

 

 

 

 

 

 

 

“ R “

 

Raul əlində fırça,

Yanaşdı molbertinə,

Rənglər rəngə qarışdı,

Oxşatdı raketinə.

 

Rəna görəndə rəsmi,

Dedi, qəşəng rəndədi

Hətta qanadı da var,

Sanki, uçacaq indi…

 

 

 

“ İ “

 

İlqar sevir, idmanı

Hey hoppanır ip üstdən,

İz axtarır bağçada,

O, tez tapır itindən.

 

 

 

 

 

 

 

 

“ B “

 

1 ilə  3 birləşib,

Birlikdə “B” oldular.

Bakı sözün başlayıb,

Kitabı qurtardılar.

 

 

 

 

“ Y “

 

Yabını yəhərləyib,

Yusif mindi, dalına

Yellətdi, yorğa getsin

Bərk yapışdı yalına.

 

 

Yabı heç tərpənmədi,

Bir az əydi boynunu.

Çəkəndə yüyənini

Oynatdı quyruğunu.

 

 

 

 

 

 

“ U “

 

Uğur baxıb göylərə,

Dedi, usta olacam!

Uca bir qüllə tikib,

Ulduzlara çatacam!

 

 

 

“ D “

 

Dəvənin damı damdı,

Durdu, damı dağıtdı.

Dəvətikanı dərib,

Dammayan dam düzəltdi.

 

 

 

“ O “

 

O yumuru hərfdir,

Oxşayır yumurtaya.

Yazmağı lap asandı,

Qələmi kim fırlaya.

 

 

 

 

“ X “

 

Çarpaz iki xətt çəkib,

Adını “X” qoydular.

Xəbər çatdı, xoruza

Dedi, gecikib onlar.

 

 

 

“ M “

 

Malik məktəbə

Bu ildən gedir.

Müəllim ona

Ancaq beş verir.

 

 

Heç bir məsələ

Deyil qaranlıq.

Malik düşünür,

Yalnız bir anlıq.

 

 

 

 

 

 

 

“ K “

 

Kirpi kələmlə bir gün

Gəldi kəllə-kəlləyə.

Dedi, çəkil yolumdan,

Kələm, güldü kirpiyə.

 

 

Sonra, gördü ciddidi

Dedi, əkil başımdan.

Bura mənim yerimdi,

Bir də keçmə qarşımdan!

 

 

Kartofla, kök dözməyib,

Yetişdilər köməyə.

Kirpi başa düşdü ki,

O, məcburdu dönməyə.

 

 

 

 

 

 

 

 

 

 

 

“ Q “

 

Qu quşu qurbağanı

Gördü göl qırağında

Qurbağa oxuyurdu,

Kefində, damağında.

 

Qu dedi, quruldama,

Xoşum gəlmir, qurbağa!

Matı-qutu qurudu,

Lap, karıxdı qurbağa.

 

 

 

“ E “

 

E darağa oxşayır,

Dişi tökülüb, amma.

Üçcə dişi qalıbdı,

Onunla çox oynama!

 

 

 

 

 

 

 

 

“ S “

 

Saatsaz saatları,

Aşıq sazı sazladı.

Saatlar işləməyə,

Aşıq sözə başladı.

 

 

Neçə saat durmadan,

Aşıq söylədi, dastan.

Saatsaz yuxuladı,

Səs gəlmədi saatdan.

 

 

 

 

“ Ş “

 

Şamil şamları,

Qoydu  şamdana.

Çərşənbə günü,

Qalsın axşama.

 

 

 

 

 

 

“ C “

 

Sancağımı bəzəyən

Hilala bənzəyirsən!

Azərbaycan sözünü

Can ilə bəzəyirsən!

 

Ana da balasına

Can deyə cavab verir.

Cahu-cəlal sözünə

C hərfi rəvac verir.

 

 

 

 

“ V “

 

Vaqifin bir vərdişi

Hər şeydən vacib idi,

Vaqonda da, evdə də

Mütləq var-gəl edirdi.

 

 

 

 

 

 

 

“ Ç “

 

Ç hərfi çobanla

Lap çoxdan dostluq edir,

Ç – li çomax həmişə

Çobanın əlindədir.

 

 

Çəməndəki keçisi,

Ç – li çayırı çeynər,

Arxacdakı çəpişlər

Çeşmələrdən su içər.

 

 

Ç – li alaçıq, çadır

Çöldə çobanın evi,

Çoban yaman çox sevir

Ona görə bu hərfi!

 

 

 

 

 

 

 

 

 

 

“ Z “

 

Zanbağı görən kimi,

Zümrüd  dedi, Zeynəbə

Paxıl deyilsən əgər,

Zanbağını ver mənə.

 

 

Zəhra  qarışdı  işə,

Sonra dedi, bu qədər

Tənbəl deyilsən əgər,

Zəhmət çək, özün becər!

 

 

 

 

“ Ö “

 

Çıxıb qunun önünə

Özünü öydü ördək,

Göldə məndən gözəli

Varmı, bir deyin görək!?

 

 

 

 

 

 

“ Ü “

 

Üzdüm üzümü,

Üzdüm, özümə!

İstəyirsənsə,

Gəl, üz özünə!

 

 

Üzüm qurusu

Üzümdən  dadlı,

Qaldıqca olur

Daha faydalı!

 

 

 

“ P “

 

Paşa, əlində maşa

Hücum çəkdi pişiyə,

Burda pişik özüməm

Haydı çıxdın eşiyə!

 

 

 

 

 

 

 

“ G “

 

Hər Günəşin doğması

Yeni günü başlayır,

Günəş qürub edəndə

Demək, gün başa çatır.

 

 

Günəş özü möcüzə

Sirr dolu varlığıyla,

“Bir gün” isə məsajdır

Dünyaya, insanlığa!

 

 

 

“ H “

 

Həsən çıxdı hasara,

Nə yaman hündürimiş.

Hop eləyib, hoppandı,

Hündürdən hündürimiş!

 

 

 

 

 

 

 

“ Ğ “

 

 

Qarğa ilə qurbağa

Getdilər qonaqlığa,

Sağsağanın toyuydu

Düşmüşdülər bolluğa.

 

 

Söz verildi qarğaya,

Sağsağan əhsən dedi.

Qurbağa başlayanda,

Bəyin  ürəyi getdi.

 

 

 

 

“ J “

 

Jalə aldı jurnalı

Baba, ver baxacağam!

Böyüyəndə istəsəm,

Jurnalist olacağam!

 

 

 

 

 

 

TUNCAYA

 

 

Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana  sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi

 

 

Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!

 

 

Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa  sədaqət, güvən sənindi!

 

 

 

 

 

 

 

 

 

Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni  kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!

 

 

Unutma ki, lap binədən belədi,

Mərhəmətli, yuxa ürək sənindi…

Xilas etdi, bağışladı ənamlar,

Yamana yaxşılıq,  ancaq sənindi!

 

 

Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə  tutan,

Qüvvəsi qolunda nərlər sənindi!

 

 

 

 

 

 

 

 

 

 

 

Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz,  şanlı əsgər sənindi!

 

 

Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü  sənindi!

 

 

Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət  bilməz, yeni dünya sənindi!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SİZİN  ÜÇÜN

 

 

Hörmətli  valideyin,  yaxşı  bilirəm ki, əsas yük

yenə  sizin üzərinizə düşəcək. Çünki  bizim fidan

balamız  ya  hələ hərfləri yaxşı tanımır, ya da onun

sərbəst  şeir əzbərləmək vərdişləri formalaşmayıb.

Ancaq, bu şeirlər elə asan və axıcıdır ki,  seçdiyiniz  şeri bizim balaca bala ilə  sadəcə  bir neçə dəfə

təkrar  etmək  kifayətdir ki, o, bu şeri əzbərləsin.

Bunun üçün sizə təxminən 5-6 dəqiqə vaxt

lazım  olacaq. Uşaq  üçün çoxlu pul xərcləməklə

bərabər, azacıq da olsa vaxt da sərf etmək vacibdir.

Hətta, çoxlu pul xərcləməkdənsə, çoxlu vaxt sərf

etməyin  nəticələri daha ürəkaçan olur.

Sizə UĞURLAR!

 

 

 

 

 

 

 

 

 

 

Zaur  USTAC

 

 

“ GÜLÜNÜN   ŞEİRLƏRİ”

 

Kompüterdə yığdı:  Gülü

 

Kitab “Yazarlar”-ın kompüter mərkəzində yığılıb.

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

 

Çapa  imzalandı:  16.02.2016.

(+994)777110575

F/b: Zaur Ustac