Etibar Həsənzadə: Zaur Ustac haqqında.

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  onuncu  yazı:

 

QTFS

Dəyərli sənət dostum Zaur bəyin şeirlərinə fikir söyləmək mənim üçün böyük məsuliyyətdir. Çünki, Zaur bəy həm sənətdə, həm də yaşda məndən böyükdür. Zaur bəyin təklifi ilə mən də, məmnuniyyətlə öz təəssüratlarımı bölüşürəm:

  1. Qələmlə elə yaz, qoy izi düşsün.

Bu bir sətirdə ayların, illərin əziyyətli, yuxusuz gecələri, yaşanmış hisslərin ürəkdən gələn ifadəsi var. Ancaq belə yazılan şeirlər əsrlərə iz salar.

  1. Hər otun, çiçəyin halın soraraq,

Sinəmə yığdığım sözüm var mənim!!!

Bu misralarda bütün otların, çiçəklərin ruhunu duyan, nədən belə gözəl və xoş ətirli olduğunu bilən bir şairin duyğuları var. Ən gözəl və ən xoş ətirli çiçəklər Əli (ə)-ın vilayətini qəbul edənlərdir. Qızıl gülə peyğəmbər gülü də deyirlər, ləçəklərinin düzülüşündə peyğəmbərimizin və onun ailə üzvlərinin adı yazılıb. Məncə Zaur bəyin bu mənada sinəsinə yığdığı çox sözləri var.

  1. Bu gün elə yaşa, elə iş gör ki,

Peşiman olma, çalınanda “Sur”!

Bu misralarda əsil insan necə yaşamalıdır, bu günün əməlləri ilə öz axirətini necə qazanmaq lazımdır deyə bir mesaj var. Çünki, insan bü günki yanlış addımlarının haqq-hesabını, zamanı çatanda mütləq verəcəkdir. Bu mənada Zaur bəyin şeirlərində çox ibrətamiz nəsihətlər var.

  1. Gülər gözdən qəm süzülər, bilinməz.

Misradan göründüyü kimi, Zaur bəy insan psixologiyasını gözəl bilir. Hər zaman həyatda ən çox dərdi olan insanlar, onu ətrafındakılardan gizlətmək üçün çox gülərlər. Çünki, qəmini, kədərini bəlli edərsən, dost kədərlənər, düşmən sevinər.

  1. Küskündü, inçikdi Qarabağ Atı !!!

Köçkündü, qəribdi Qarabağ Atı !!!

Bu ağrılı misralar Qarabağın sağalmaz, qara dərdlərinin ən gözəl ifadəsidir. Atsız qalan Qarabağ igidlərinin çarəsizliyinin, yurd, el-oba, Vətən dərdlərinin ifadəsidir. Bu iki misra 26 ilin ağrı, acısının ifadəsidir. Bu mənada Zaur bəyin yaradıcılığı çox diqqət çəkicidir, az sözlə, çox şeyləri ifadə edir.

  1. Zərrədə var olan gücdü Yaradan…

Tək bu cümlədən cildlərlə kitab yazmaq olar….

Zaur bəyin yaradıcılığı – şeirləri çoxşaxəli və düşündürücüdür. Mən Zaur bəyə yaradıcılığında böyük uğurlar arzulayıram.

18.04.2018.

QISA ARAYIŞ:

Etibar Həsənzadə,

Yazar.

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Müəllif:  Yazar Etibar Həsənzadə

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

w

%s qoşulma