Elnur Qərari : – Zaur Ustac şeirlərdə vətən torpağının ətri…

 

Zaur Ustac yaradıcılığının “30” illik yubley tədbirləri çərçivəsində

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsindən  dördüncü  yazı:

QTFS

Dünya qloballaşır, bəşər düşüncəsi kosmopolit yön alır, lakin bütün bu sürətli hadisələrin fonunda uzaqdan bir işıq görünür – Vətən.

Torpağa tapınmaq, vətənin qoxusu ilə nəfəs almağın həzzini yaşamaq hər insana nəsib olmur. Bu mübarək hissi yaşamağın özü bir şərəfdir.

Zaur Ustac şeirlərdə vətən torpağının ətrində məst olan bir insan kimi misralarını da vətən rənginə boyayıb.

 

Nədəndi, ürəyim çırpınır  yenə,

Gördükcə hüsnündə məlalı, dağlar?! 

 

–deyir şair və vətən aşiqi olduğunu isbat edir, göstərir ki,vətən həsrəti çəkmək insanlığın bariz göstəricisidir.
Yağı cövlan edir, dağıdır yenə,
Qoynunda büsatı, cəlalı, dağlar!
Bu mirsalarda nəfəsi ilə, misraları ilə düşmənə hayqırır, ona hücum edir. Əslində şair silahı onun çılğın misralarıdır.
Nədir yenə, ümman kimi,
çalxalanıb, coşdun, ürək?
İçindəki bu təlatüm,
bu oyanış de nə demək
Bu sətirləri oxuduqca şairin romantik zənginliyinə enirsən, onun ekzistensial aləmini kəşf edirsən. Ürəyin-qəlbin ahəngini vəsf edir şairimiz.

 

Biz bilən ölçülər büsbütün yaddır,
Çoxunun bildiyi quruca addır,
Sərhədsiz, hüdudsuz qurucu zatdır,
Bir “ol” – da var olan gücdü Yaradan….

 

– deyir şair və əslində bununla dərin bir həqiqət aşılayır oxucusuna

– Tanrı həqiqəti. Ta qədimdən bu günə qədər “Uca Yaradan” ədəbiyyatın ən ehtişamlı mövzularından olub və bəlkə də klassik ədəbiyyatın ən fundamental mövzusu olub. Bizim şair də bu möhtəşəm reallığa biganə qalmayıb və Tanrıdan savayı bütün varlıqların əslində yad olduğunu, təkcə Uca Rəbbimizin bizə doğma olduğunu gözəl ibarələrlə dilə gətirib, təsbit edib.

Ümumiyyətlə Zaur Ustac şeirlərinin milli ruhu güclüdür, səmimidir, aydın və işıqlıdır.     

Arzumuz budur ki, şair bu cür vətəncanlı, torpaq ürəkli, insan düşüncəli şeirlərini mütəmadi qələmə alsın. Ümüdvaram ki, tezliklə Zaur Ustac  doğulduğu vətən torpağına qayıdacaq, yeni təsüratlarla yeni duyğularla daim yazıb yaradacaq. Bu bizim müqəddəs amalımızdır.

Müəllif:  Elnur Qərari

 

QISA ARAYIŞ:

 

Elnur Qərari,

şair,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.

 

“OTUZ ŞEİR, OTUZ FİKİR” layihəsi.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma